AZ

Rusiya əsirliyində olan yaralı Ukrayna əsgərləri vətənə qaytarıldı - FOTOLAR

BAKI, 10 iyun. TELEQRAF

"Bu gün ağır yaralıların, o cümlədən yaralı əsgərlərimizin Rusiya əsirliyindən qayıtmasının birinci mərhələsi başlayıb. Onların hamısının təcili tibbi yardıma ehtiyacı var. Bu mühüm humanitar aktdır".

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski öz Telegram kanalında bildirib.

O qeyd edib ki, Ukrayna müdafiə və təhlükəsizlik qüvvələrinin müxtəlif bölmələrindən olan əsgərlər artıq vətəndədirlər.

V.Zelenski yazıb: "Mübadilə davam etməlidir. Biz əsirlikdə olan hər kəsi tapıb geri qaytarmaq üçün hər şeyi edirik".

Seçilən
55
teleqraf.com

1Mənbələr