
“Aİ-nin yeni sanksiyalar paketinə “Şimal axını” boru kəmərlərinin istifadəsinə qadağa daxil olacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə keçirilən brifinqdə 18-ci sanksiyalar paketinin layihəsini təqdim edərkən deyib.
“Biz yeni güclü sanksiyalar tətbiq etməklə Rusiyaya təzyiqi artıracağıq. 18-ci paket çərçivəsində məhdudiyyətlər əsasən neft və bank sektoruna təsir edəcək”, - o deyib.