AZ

Hindistanda 12 nəfər qatardan yıxıldı, 5-i öldü

Hindistanın Maharaştra əyalətində, Mumbaydan Laxnauya gedən qatardan 12 nəfər yıxılıb.

Axar.az xəbər verir ki, yerli hakimiyyət orqanlarının dərc etdiyi son məlumata görə, nəticədə 5 nəfər ölüb.

Hindistan Mərkəzi Dəmir Yolları açıqlamasında qatarın həddindən artıq yükləndiyini, sərnişinlərin açıq qapıların yanında dayandığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Dəmiryol İdarəsi bütün qatarların avtomatik qapı bağlama sistemləri ilə təchiz edilməsini əmr edib.

Seçilən
80
2
axar.az

3Mənbələr