Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli İsveçrə Konfederasiyasına səfər çərçivəsində 2-6 iyun tarixlərində Cenevrə şəhərində keçirilən BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin (UNDRR) Fəlakət Riskinin Azaldılması üzrə Qlobal Platformasının növbəti sessiyasının yüksək səviyyəli görüşlərində və plenar iclaslarında iştirak edib. Ajans.az xəbər verir ki, bu barədə FHN-yi məlumat yayıb. Tədbir çərçivəsində, Ərgüc Kələntərli BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional ofisinin rəhbəri, xanım Natalia Alonso Kano ilə görüşüb. Görüş zamanı Fəlakət Riskinin azaldılması üzrə Senday Çərçivəsinin Yüksək Səviyyəli İcmal Konfransının Siyasi Bəyannaməsinin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub, beynəlxalq səviyyədə fövqəladə halların idarə olunması sahəsində əməkdaşlığın gücləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta