AZ

“Roma”nın futbolçusu “Əl-Hilal”ın hədəfində

"Napoli"nin ulduzu Viktor Osimhenin transferi üçün əlindən gələni edən "Əl-Hilal" daha bir məşhur futbolçunu hədəf alıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi "Roma"nın oyunçusu Anxelinyo üçün 20 milyon avroluq transfer təklifi edib.

İspaniyalı futbolçunun keçidi ilə bağlı danışıqlar davam edir.

Qeyd edək ki, "canavarlar"la müqaviləsi 2028-ci ilə qədər olan Anxelinyo komandanın heyətində 71 matça çıxıb və 4 qol vurub. 28 yaşlı futbolçunun "Transfermarkt" portalına əsasən dəyəri 15 milyon avrodur.

Seçilən
115
21
unikal.az

10Mənbələr