AZ

Putin Rusiyanın əsas dəyərlərini sadaladı

Prezident Vladimir Putin Rusiyanın əsas dəyərləri arasında həmrəylik, həqiqətə sadiqlik və ailəni qeyd edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə dövlət başçısı Təhlükəsizlik Şurasının üzvləri ilə görüşündə bildirib.

“Bizim üçün əsas dəyərlər — Rusiyanın xalqlarının birliyi, həqiqət və ədalətə sadiqlik, mərhəmət və humanizm, möhkəm ailə və uşaqlara sevgi,” — deyə cənab Putin söyləyib. Onun sözlərinə görə, sadalanan anlayışlar ölkədə ənənəvi dəyərləri müəyyən edir.

Prezident həmçinin Rusiya vətəndaşlarının əsas dəyərləri kimi yalnız şəxsi rifahı deyil, bütün ölkənin uğuruna can atmağı, vətənpərvərlik və Vətənə sədaqəti də vurğulayıb. Bu cür dəyərlərə sadiqlik “ruslara yad iradənin zorla qəbul etdirilməsinə qarşı davamlı, suveren dünya görüşü formalaşdırır,” — Vladimir Putin yekunlaşdırıb.

Seçilən
35
1
tribunainfo.az

2Mənbələr