AZ

Bu rayonlarda yaşayanların NƏZƏRİNƏ

Saatlı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.


Manset.az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, diametri 225 mm-lik PE "Qaracalar QPS-Varxan kənd" orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı ilə əlaqədar 11.06.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Saatlı rayonunun beş kəndində - Qaracalar, Seyidlər, Gomuşçu, Qaralar və Varxanda (ümumi 1124 abonent) ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Seçilən
38
5
manset.az

7Mənbələr