AZ

Rafail Becanov: "Bəs bilməyərəkdən və ya “ənənə” burulğanında itib-batanlar?"

Onun sözlərinə görə müvafiq dövlət orqanları, QHT-lər bu istiqamətdə geniş maarifçilik işləri aparırlar, müxtəlif layihələr həyata keçirirlər:

"Onların məlumatları da mediada işıqlandırılır. Amma biz özümüz də müstəqil olaraq buna xüsusi önəm verməliyik. Cəmiyyəti cəhalətdən, illərlə formalaşmış “ənənələr”dən, köhnəlmiş sterotiplərdən ancaq maarifləndirmə ilə xilas etmək olar. İnziabti yol bilərəkdən qanunu pozanlar üçündür. Yəni, bilərəkdən qanunu pozmusan, bunun müqabilində cəzalanmalısan. Bəs bilməyərəkdən və ya hansısa “ənənə” burulğanında itib-batanlar? Onları da  maarifləndirmə və təhsillə bu burulğandan qurtarmaq lazımdır. 

Bu baxımdan, medianın bu prosesdə iştirakı, sistemli yanaşması, maarifləndirici materialları ilə ciddi müsbət nəticələrə nail olmaq mümkündür. Media təsir gücü olan böyük platformadır. Ona görə də hesab edirəm ki, cəmiyyət üçün həssas olan bu mövzunu daim diqqətdə saxlamaq, bu sahədə fəaliyyət göstərən QHT-lər, ictimai fəallarla birgə maarifləndirmə işinin təşkili müsbət nəticəyə nail olmağımızda böyük rol oynayar".

"Cebheinfo.az" 

Seçilən
31
3
cebheinfo.az

4Mənbələr