Bakı. Trend:
Aqrar Sığorta Fondu (ASF) ilk dəfə olaraq tütün sahələri üzrəsığorta ödənişləri həyata keçirib.
Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, tütün əkinisahələrində baş verən dolu vurması və sel-subasma hadisələrinəticəsində təsərrüfatlara dəyən zərər ümumilikdə 130 hektara yaxınsığortalı əkinləri əhatə edib. Fermerlərin Aqrar Sığorta Fondunahadisə ilə bağlı müraciətlərindən sonra təsərrüfatlara müstəqilaqrar sığorta ekspertləri yönləndirilib. Ekspertlər, tütünsahələrinə baxış keçirib, baş vermiş hadisəni qeydə alıb vəzərərləri hesablayıblar. Toplanmış məlumatlar əsasında fermerlərəmüvafiq sığorta ödənişləri təyin edilib və vəsait onlarınhesablarına köçürülüb. Ümumilikdə tütün sahələrinə dəymiş zərərlərüzrə fermerlərə 147 min manata yaxın sığorta ödənişi edilib. Buvəsaitdən 58 min manat Şəki rayonu, 27 min manat Balakən rayonu, 29min manat Zaqatala rayonu və 33 min manatı Qax rayonundan olanfermerlərə ödənilib.
Qeyd edək ki, sərt iqlimi ilə seçilən Şəki-Zaqatala bölgəsindətəbiət hadisələri tütün sahələrinə tez-tez zərər vurur. Sığortaödənişinə həsr edilmiş tədbirdə fermerlər bildiriblər ki, indiyədəkbelə hallar nəticəsində tütün sahəsinə dəymiş zərərlər kompensasiyaedilmirdi və nəticədə fermerlər böyük ziyanla üzləşirdi. Şəkirayonundan olan fermer Anar Hümbətov bir neçə il əvvəl tütünsahəsini dolu vurması nəticəsində böyük məbləğdə zərərə düşdüyünüxatırladıb. Bu dəfə isə cəmi 2200 manat ödəyərək, sığorta etdirdiyitütün sahəsinə dəyən ziyan üzrə fermerə 25 min manat sığortaödənişi olunub.
Zaqatalalı fermer Fazil Əhmədov isə bir neçə il əvvəl tütünsahəsinə dəymiş ziyana görə 10 min manat zərər etdiyini, buna görəvaxtilə banklara borclu qaldığını bildirib. Bu dəfə isə ona 5hektar tütün sahəsinə dəymiş ziyan üzrə 12,6 min manat ödənişedilib.
Sığorta ödənişi alan balakənli fermer Ramazan Xammədov bir neçəil əvvəl, Aqrar Sığorta Fondunun fəaliyyət göstərmədiyi dövrdətütün sahəsinə dəymiş ziyana görə ümumilikdə 200 min manatdan artıqzərərə düşdüyünü xatırladıb. Bu dəfə isə onun əkin sahəsinə dəymişziyana görə 27 min manat ödəniş edilib.
Fermerlər aqrar sığorta mexanizmindən olduqca razı qaldıqlarınıbildirib və digər həmkarlarını da öz əkin sahələrini sığortalamağaçağırıblar.
Xatırladaq ki, Aqrar Sığorta Fondu tütün sahələrini dolu,fırtına, qasırğa, sel-subasma, normadan artıq qar yağması, vəhşiheyvanların hücumu, 3-cü şəxslərin hərəkətləri, eləcə də dolunəticəsində keyfiyyət itkisi kimi hadisələrin vurduğu zərərlərdənqoruyur. Aqrar sığorta haqqının 50 faizi dövlət tərəfindənödənildiyinə görə fermerlər tütün sahələrini kiçik ödənişləsığortalaya bilərlər. Məsələn, Şəki-Zaqatala bölgəsində 1 hektartütün sahəsinin baza zərfi ilə sığortalanması fermerə təqribən 250manata başa gəlir. Əkin sahəsi doludan keyfiyyət itkisi riskindəndə sığortalandıqda sığorta haqqı 320 manat təşkil edir. Bu 1 hektartütün sahəsinə il ərzində çəkilən xərclərin cəmi 10 faizini təşkiledir.
Qeyd edək ki, Azərbaycanda 2600 hektar sahədə tütün əkilir.Tütün sahələrinin 98 faizi Şəki-Zaqatala regionunda yerləşir. Tütünsahələri üzrə aqrar sığorta ödənişləri də bu regiondakı fermerlərəedilib.
Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaq məqsədiləhəyata keçirilən tədbirlər nəticəsində hazırda fermerlər və torpaqsahibləri, eləcə də heyvandarlıq təsərrüfatlarının nümayəndələri öztəsərrüfatlarını “AsanPay” ödəniş sistemi vasitəsilə, evdən və işyerindən ayrılmadan sığorta edə bilərlər.
Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində“Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.