AZ

İtkin şəxslərin axtarışı: Ermənistan və Azərbaycan birlikdə bunu necə edəcək?

ain.az, Yenisabah saytına istinadən bildirir.

“Komissiya çox gec fəaliyyətə başlayıb. 1990-cı illərdən bəri Qarabağ müharibəsində itkinlər var. Döyüşlər zamanı həlak olanların müxtəlif ərazilərdə dəfn olunub. Təəssüf ki, itkin düşənlərin axtarışı həyata keçirilmədi. Buna görə, əlbəttə, qarşı tərəf daha ciddi məsuliyyət daşıyır".

Bunu "Yeni Sabah"a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

O, Azərbaycan və Ermənistan arasında itkin düşmüş şəxslərin birgə axtarışı barədə razılaşmasını şərh edib.

Xatırladaq ki, razılşma barədə məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru Armen Abazyan yayıb.

O bildirib ki, əsir, girov və itkin düşmüş şəxslərlə bağlı Ermənistan və Azərbaycan komissiyalarının nümayəndələrinin iclas keçirilib.

Abazyan görüşün harada baş tutması və tədbirin iştitrakçıları barədə əlavə məlumat verməkdən yayınıb.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyanın "qaynar xətti"ndən "Yeni Sabah"a bildirilib ki, birgə komissiyanın fəaliyyətə başlaması haqqında məlumatları təsdiqləyib. Komissiyadan bildirilib ki, bun dair ətraflı məlumat açıqlanacaq.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

İiinci Qarabağ müharibəsindən sonra, 2021-ci ildə azad dilmiş ərazilərədn 1367 erməni əskərinin qalıqları tapılıb. 2022-ci ildə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan tərəfin 19 nəfərin qalıqlarını təhvil verib.

Rəsmi statistikaya görə, Ermənistan ordusu 3941 nəfər itki verib, 191 nəfər itkin düşüb. Sonrdan itkinlərə dair statistikanın təxminən 770 nəfər olduğu bildirilib.

Eyni zamanda, Azərbaycan ərazisində istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində həlak olmuş və itkin sayılan şəxslərin xtarışı yönündə fəaliyyət davam edir. 

Rəvan Rzazadə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
50
yenisabah.az

7Mənbələr