"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa milli komandasının heyətindən kənarlaşdırılıb.
Apasport.az xəbər verir ki, baş məşqçi Mixail Probej 24 yaşlı qolkiperi DÇ-2026-nın Finlandiya ilə matçının heyətinə daxil etməyib. Bu barədə Polşa mətbuatı məlumat yayıb.
Azərbaycan çempionunun qolkiperi 23 nəfərlik heyətdən kənarda qalıb.
Qeyd edək ki, Mateuş Koxalski 2024-cü ilin yayından "Qarabağ"da çıxış edir.
PSJ-nin əsas oyunçusu Səudiyyə Ərəbistanına keçə bilər
"Barsa"nın qapıçısı Premyer Liqa yolunda
Şeşko uğrunda mübarizədə “Arsenal”ın ciddi rəqibləri var
"Yuventus" baş məşqçisi ilə bağlı qərar verib
İngiltərə millisinin üzvü "Əl-Əhli"nin hədəfində