Frankfurt “Ayntraxt”ının hücumçusu Uqo Ekitikenin “Çelsi”yə transferi baş tutmaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, ingilis klubu 21 yaşlı fransız üçün 100 milyon avro ödəməkdən imtina edib. Ekitikenin transferində də maraqlı olan digər klub isə “Liverpul”dur.
Hücumçu ötən mövsüm bütün yarışlarda 48 matçda 22 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun “Ayntraxt”la müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Transfermarkt portalı futbolçunun transfer dəyərini 75 milyon avro qiymətləndirir.