AZ

“Xalq artistləri bikinidə çıxır...” – “Pişik” Günel sərt danışdı + VİDEO

 

Müğənni Günel Ələkbərova (Pişik Günel) son zamanlar görünüşü və geyim tərzi ilə bağlı səsləndirilən tənqidlərə cavab verib. O, "Xəbərin var?" verilişinə verdiyi müsahibədə geyiminin bəziləri tərəfindən müzakirə edilməsinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, ifaçının sözlərinə görə, cəmiyyətin insanlara verdiyi qiymət təkcə geyimə əsaslanmamalıdır.

""Geyim əxlaq ölçüsüdür" fikri ilə razı deyiləm. İnsanı geyimə görə qarşılayırlar, ağıla görə yola salırlar. Amma yenə də çərçivə içində olmalıdır, əlbəttə ki. Düşünürəm ki, geyim insana yaraşmalıdır. Xalq artistlərimiz səhnəyə bikinidə çıxır, biz də paltar geyinmişik də..." – deyə o bildirib.

Müğənni son vaxtlar keçirdiyi bədənşəkilləndirmə əməliyyatı ilə də diqqət mərkəzinə düşüb. Sosial şəbəkələrdə və mediada yayımlanan görüntülərdə onun açıq-saçıq geyimləri, fiziki görünüşündəki dəyişikliklər və bu üslubda çıxışları ictimai müzakirələrə səbəb olub.

Əsmətxanım 


Telegram kanalımız
Seçilən
32
1
yenisabah.az

2Mənbələr