AZ

SON DƏQİQƏ: İrəvanda atışma: Yaralılar var KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İrəvanın Avan yaşayış massivində baş verən atışma nəticəsində iki nəfər yaralanıb.

KONKRET.az bildirir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə iyunun 10-da səhər saatlarında Xudyakov küçəsində baş verib.

İki kişi arasında münaqişə yaranıb: iştirakçılardan biri silahı çıxararaq atəş açıb. Nəticədə mübahisənin iştirakçısı olan 31 yaşlı və təsadüfən yaxınlıqda olan 76 yaşlı qadın yaralanıb.

if (!$ISMOBILE) : ?>

include(__DIR__.'/320x100.php');?>

Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Polis atəş açan şəxsin şəxsiyyətini müəyyənləşdirir və lazımi əməliyyat tədbirləri həyata keçirir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
46
1
konkret.az

2Mənbələr