Azərbaycanlı model Diana Əhədpur lüks həyat tərzi ilə yenə də gündəm yaradıb.
KONKRET.az xəbər verir ki, o, bu dəfə bahalı çantası ilə bütün diqqətləri üzərinə çəkib.
Model sosial şəbəkədə “Hermes” brendinin “Birkin alligator” modelli çantası ilə olan fotosunu paylaşıb.
Məlumatlara görə, bu aksessuarın qiyməti 122 000 AZN-dir.
Modelin əynindəki libas isə “Ermanno Scervino” markasına aiddir.
Onun dəyəri isə 12 493 AZN-dir.