AZ

Məmurlar sonuncu dəfə nə vaxt metroya minib?

Azərbaycanın sabiq hərbi prokuroru və hazırda Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin Bakı metrosunun “İçərişəhər” stansiyasında görünməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, anews.az məsələ ilə bağlı bir neçə sabiq nazir və deputata metrodan sonuncu dəfə nə vaxt istifadə etdiklərini soruşub.

Cavablar illərlə metroya minməyənlərdən tutmuş, həftəlik istifadə edənlərədək dəyişib.

Milli məclisin deputatı Naqif Həmzəyev bildirir ki, sonuncu dəfə bir neçə gün əvvəl metrodan istifadə edib.

""28 May" metro stansiyasından "Xətai" metrostansiyasına getmişəm. Hər həftə iki üç dəfə metrodan istifadə edirəm", - deputat vurğulayıb.

Azərbaycanın keçmiş xarici işlər naziri Elmar Məmmədyarov metrodan sonuncu dəfə tələbəlik illərində istifadə etdiyini deyib.

"Çoxdandı metroya minmirəm. Sonuncu dəfə tələbə vaxtlarımda minmişəm",- eks nazir bildirib.

Deputat Fazil Mustafa sonuncu dəfə nə vaxt istifadə etdiyini xatırlamadı.

"Nə vaxt istifadə etdiyimi xatırlamıram. Hər halda beş il öncə..",- o bildirib.

Sabiq Təhsil naziri Misir Mərdanov da metrodan nə vaxt istifadə etdiyini xatırlamadı.

"Lap çoxdan. Düzünü desəm, xatırlamıram",- Mərdanov bildirib.

Deputat Aydın Mirzəzadə metrodan sonuncu dəfə bir neçə gün əvvəl istifadə etdiyini bildirib.

Seçilən
7
5
publika.az

6Mənbələr