AZ

Dəryanın ölümü ilə bağlı TƏFƏRRÜAT: Soyuducuda üç gün qalan qarpızı yeyib... - FOTO

Bakıda qarpızdan zəhərlənən 2005-ci il təvəllüdlü Ağayeva Dərya Namiz qızı haqqında bir sıra təfərrüatlar məlum olub.

Bizim.Media "unikal.az"a istinadən xəbər verir ki, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB-dən vəfat edən tələbə qızla bağlı AÇIQLAMA - FOTO


Məlumata görə, ondan sonra ailədən heç kim həmin qarpızdan yeməyib.

Pirsinq və tatu ustası olan gənc qız Saatlı rayonunda dəfn olunub.

O, ailənin tək qızı idi. Özündən böyük bir qardaşı var.

Qeyd edək ki, yaxınları onun tələbə olması haqqında yayılan məlumatları təkzib edib.


Bizim.Media

Seçilən
57
7
bizim.media

8Mənbələr