AZ

Rəsmi Kiyev: Moskva ilə danışıqlar mənasızdır

BAKI, 10 iyun. TELEQRAF

“Ukrayna və Rusiya arasında İstanbulda danışıqların yeni raundundan danışmaq hələ tezdir, çünki Moskvaya kifayət qədər beynəlxalq təzyiqin olmaması siyasi inkişafa mane olur”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy deyib.

“Hələlik hər hansı hazırlıqdan (İstanbulda danışıqların üçüncü raundu üçün – red.) danışmaq tezdir”, - diplomat bildirib.

G.Tixiy qeyd edib ki, danışıqlardan nəticə əldə etmək üçün Rusiyaya beynəlxalq təzyiq artırılmalıdır:

“Əgər bu təzyiq daha əvvəl olsaydı, artıq İstanbul görüşlərini nəzərdən keçirməyə hazır olardıq. Təzyiq olmadığı üçün mənasız görüşlər görürük”.

Seçilən
39
1
teleqraf.com

2Mənbələr