Xorvatiya millisinin futbolçusu Luka Modriç növbəti rekorda imza atıb.
QOL.az xəbər verir ki, o, 2026-cı il dünya çempionatının Avropa təsnifat mərhələsinin 4-cü turunda Çexiyaya qarşı keçirilən oyunun (5:1) 62-ci dəqiqəsində fərqlənib.
Bununla da Modriç dünya çempionatının seçmə oyunlarında qol vuran ən yaşlı Avropa futbolçusu olub. Oyun zamanı onun yaşı 39 il 9 ay idi.
Əvvəlki rekord Bosniya və Herseqovina futbolçusu Edin Cekoya məxsus idi. O, San-Marinoya qarşı seçmə mərhələ oyununda 39 yaş 2 aylığında qol vurmuşdu.