AZ

Azərbaycan boksçuları Niderlanddakı turnirdən 3 medalla qayıdırlar

Azərbaycan

Niderlandın Eyndhoven şəhərində boks üzrə beynəlxalq turnir keçirilib.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan millisi yarışı 3 medalla başa vurub.

Yığmanın heyətində Məhəmmədəli Aşurəliyev (60 kiloqram) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Abdullayev (65 kiloqram) Eyndhoven kubokunu gümüş, Nəbi İsgəndərov (70 kiloqram) isə bürünc medalla bitirib.

Seçilən
102
29
xalqcebhesi.az

10Mənbələr