Məşhur “Transfermarkt” portalı Azərbayca Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətlərini açıqlayıb.
"Cebheinfo.az" xəbər verir ki, ilk “3-lük”də “Qarabağ”ın futbolçuları qərarlaşıb.
Ağdam klubunun yarımmüdafiəçiləri Kadi Borges və Leandro Andrade 2,5 milyon avro ilə siyahıya başçılıq edir.
Dəyəri 2 milyon avroya yüksələn Nəriman Axundzadə isə 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın futbolçularının bir çoxunun transfer qiymətində artım müşahidə olunub.
"Cebheinfo.az"