AZ

“Gənclik Moll”un qarşısıda daha bir yenilik: taksi ilə…

Bakı şəhəri Nərimanov rayonu ərazisində – Fətəli Xan Xoyski küçəsində (“Gənclik Moll”un qarşısı) daha bir yenilik edilib.

NOCOMMENT.az Modern.az-a istinadla xəbər verir ki, ​“Gənclik Moll”ın qarşısında taksiyə minib-düşmə üçün xüsusi ərazi təşkil olunub.

Məntəqə “Gənclik Moll”ın ikinci girişində, parklanma bölgəsində yerləşir. Taksilər bu ərazidə 3 dəqiqə ərzində dayana, sərnişinləri mindirə və düşürdə biləcək.

Xatırladaq ki, bundan əvvəl Fətəli xan Xoyski küçəsindəki zolaqlar silinərək yenidən çəkilib və 3 hərəkət zolağı 4 hərəkət zolağı ilə əvəzlənib.

AYNA-nın etdiyi digər dəyişikliklə ticarət mərkəzinin qarşısında avtobus zolağının bir hissəsində sarı tor işarəsi çəkilib.

Seçilən
161
16
nocomment.az

10Mənbələr