AZ

“Məktəblərdə nümayiş” proqramı davam edir

Azərbaycan Kinematoqrafçılar İttifaqı mütəmadi olaraq “Məktəblərdə film nümayişi” layihəsini həyata keçirir.

Kulis.az xəbər verir ki, 2 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində Firəngiz Qurbanovanın “Araqçın”, Vahid Talıbovun “Yeni il əhvalatı ” animasiya filmlərini və yeniyetmələr üçün Qulu Əsgərovun “Hasar” qısametrajlı bədii filmləri nümayiş olunub.

Nümayişdən sonra uşaqlar, AKİ-nin film nümayişləri üzrə prodüseri Ülviyyə Əhmədova ilə nağıllar, animasiya filmləri, bədii filmlər haqqında müzakirə aparıblar.

Qeyd edək ki, nümayiş, AKİ əməkdaşı Tofiq Amatayev tərəfindən təşkil edilib.

Seçilən
315
7
kulis.az

10Mənbələr