“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo diqqət mərkəzinə düşüb.
Publika.az xəbər verir ki, Ronaldo sosial şəbəkələrdə Millətlər Liqası kuboku və nişanlısı Corcina Rodrigezlə birlikdə çəkdirdiyi fotonu paylaşıb. Bu da izləyiciləri tərəfindən maraqla qarşılanıb.
Portuqaliya millisi Millətlər Liqasının finalında İspaniyanı məğlub edərək (2:2, pen-5:3) turnirin qalibi olub. Ronaldo həmin oyunda qol vurub.
Heybət