AZ

Ağdam rayonunun Göytəpə kəndinin layihələndirilməsinə 1 milyon manat ayrıldı

BAKI, 10 iyun. TELEQRAF

Ağdam, Füzuli Və Xocavənd Rayonlarında Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi “EL&EN” firması ilə müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, sözügedən firma Ağdam rayonunun Göytəpə kənd yaşayış məntəqəsinin layihələndirilməsini həyata keçirəcək və qarşılığında 1 milyon 85 min 600 manat vəsait alacaq.

Qeyd edək ki, müvafiq işlərə bu ayın 6-dan başlanılıb, gələn ilin yanvarına qədər bitməyi planlaşdırılır.

Seçilən
88
10
teleqraf.com

10Mənbələr