Bakı. Trend:
BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən dərc olunan yenihesabatda dünyada doğum səviyyəsində kəskin azalma tendensiyasınınolduğu bildirilir. Dünyanın üçdə birini əhatə edən 14 ölkədə 14 mininsanla keçirilən sorğuya əsasən, hər beş nəfərdən biri arzuladığısayda övlad sahibi olmadığını və ya olmayacağını bildirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Cənubi Koreya, İtaliya, Almaniya, Braziliya, Hindistan vəNigeriya kimi ölkələri əhatə edən araşdırma göstərir ki, ailəqurmağa və genişləndirməyə əsas maneə maliyyə çatışmazlığıdır.Respondentlərin 39%-i övlad sahibi ola bilməmələrinin əsas səbəbikimi maddi çətinlikləri göstərib. Cənubi Koreyada bu rəqəm 58%,İsveçdə isə cəmi 19% təşkil edib.
Ümumilikdə, respondentlərin yalnız 12% -i sonsuzluğu səbəb kimigöstərib. Amma bu göstərici Tailand (19%), ABŞ (16%) və Hindistan(13%) kimi ölkələrdə daha yüksək olub.
UNFPA-nın icraçı direktoru Nataliya Kanem vurğulayıb ki, probleminsanların övlad istəməməsində deyil, arzuladıqları ailəni qurabilməmələrindədir. O, bunun “əsl böhran” olduğunu bildirib.
Bu araşdırma UNFPA-nın əvvəlki yanaşmasından fərqli olaraq,aşağı doğum göstəricilərinə diqqətin artdığını göstərir. Agentlikbu tendensiyalara balanslı yanaşmanı tövsiyə edir.