AZ

Yeni şəhər, yeni problem? Misirdə əhali sıxlığı və iqtisadi yük

Bakı, TurkicWorld

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, quruculuq və yenidənqurma işləri uğurla davam etdirilir. Yaşayış məntəqələri layihələndirilir, abadlıq işləri aparılır və keçmiş məcburi köçkünlər doğma yurdlarına qovuşur.

TurkicWorld xəbər verir ki, bu işlərin davamı kimi Ağdam rayonunun Göytəpə kənd yaşayış məntəqəsi də layihələndiriləcək.

Belə ki, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müvafiq işlərə yekun vurub.

Qurum kəndin layihələndirilməsi işlərini "EL&EN" firmasına həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 1 085 600 manat ödənilib.

Qeyd edək ki, 1994-cü ilin 25 aprelində Göytəpə kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

20 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal dövrü sona çatdırılıb və tam nəzarətə qaytarılıb. Hazırda kənd bərpa-yenidənqurma və Böyük Qayıdış proqramı çərçivəsində dirçəldilmə mərhələsindədir.

Seçilən
136
50
turkic.world

10Mənbələr