AZ

Bulvarda sudan cəsəd çıxarıldı

Dənizkənarı Milli Park ərazisində sudan cəsəd çıxarılıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin cəsədinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.


Seçilən
314
5
news24.az

10Mənbələr