AZ

Laporta Ceferinlə bağlı qapılar arxasında görüşübmüş...

“Barselona”nın prezidenti Joan Laporta UEFA prezidenti Aleksander Çeferin ilə görüşərək Kataloniya klubunun problemlərini müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Mənbənin məlumatına görə, görüş iyunun 8-də Portuqaliya və İspaniya arasında Millətlər Liqasının finalının keçirildiyi Münhendə baş tutub.

Bildirilir ki, Laporta və Ceferin arasında danışıqlar bağlı qapılar arxasında keçirilib, söhbətin əsas mövzusu “Barselona”nın maliyyə qaydalarını pozduğuna görə gözlənilən cəza olub.

Seçilən
140
9
publika.az

10Mənbələr