AZ

NATO sammitindən öncə kritik tələb - Sibiqa

Ukrayna Prezidenti Vladimir Zelenskinin NATO sammitində iştirakının mümkün olması üçün artıq indidən ölkənin müdafiə qabiliyyətini gücləndirəcək güclü və konkret qərarlar verilməlidir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.

Sibiqanın sözlərinə görə, Ukraynanın NATO-ya üzvlüyü məsələsində heç bir üçüncü ölkənin, o cümlədən Rusiyanın veto hüququ yoxdur:

“Bəli, bu gün bütün müttəfiqlər arasında tam konsensus olmaya bilər, amma bu bizim və müttəfiqlərimizin daxili işidir”.

Nazirin sözlərinə görə, Ukraynanın və Avroatlantik məkanın təhlükəsizliyi bir-birindən ayrılmazdır:

“Ukrayna burada sadəcə kömək istəyən tərəf deyil. Biz artıq bütün Avroatlantik təhlükəsizlik arxitekturasını gücləndirə biləcək ölkəyik”.

Seçilən
108
50
axar.az

10Mənbələr