Türkiyəli astroloq Hande Kazanova 9-15 iyun tarixləri üçün həftəlik bürc proqnozlarını izləyiciləri ilə bölüşüb.
Publika.az xəbər verir ki, astroloq xüsusilə Qoç bürclərinə müjdəli xəbərlər vəd edir.
Onun sözlərinə görə, bu həftə ərzində qarşınıza gözləmədiyiniz yerlərdən fürsətlər çıxa bilər:
“Merkurinin bazar ertəsi Xərçəng bürcünə keçməsi ilə özünüzü evinizə həsr edəcəyiniz və bu sahələrdə ünsiyyət bacarıqlarınızı sürətləndirəcəyiniz dövr olacaq.
Çərşənbə axşamı günündən sonra eviniz və ailəniz sizin üçün əhəmiyyətli olan ən böyük fürsətləri yaşayacaqsınız. Bu müddət ərzində əmlakınızı alıb-satmaq istəsəniz, bu fürsətlər sizə gələcək. Yupiter yaxınlarınızla aranızdakı problemlərin həlli baxımından sizə lazım olan dəstəyi verəcək”.