Nəhayət, Mauritsio Sarri özünə yeni iş yeri tapıb. Təcrübəli mütəxəssis əvvəlki komandasına qayıdıb.
"Football-plus.az" xəbər verir ki, 66 yaşlı məşqçi yenidən “Latsio”nu çalışdıracaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Sarri baş məşqçi vəzifəsindən istefaya göndərilən Marko Baronini əvəzləyib.
Xatırladaq ki, Sarri Roma klubunu ilk dəfə 2021-24-cü illərdə də çalışdırıb. Komanda onun rəhbərliyi altında 2022/23 mövsümünü 2-ci yerdə başa vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta