AZ

“Real Madrid” 16 yaşlı futbolçu tranfer edir

Niderlandın “Ayaks” klubunun yarımmüdafiəçisi Abdella Uazan karyerasını İspaniyada davam etdirə bilər.

90deqiqe.Az xəbər verir ki, 16 yaşlı futbolçu yaxın vaxtlarda “Real Madrid”in heyətinə qoşulacaq.

Uazan “kral klubu”na azad agent statusunda keçəcək və ilkin mərhələdə “Real Madrid Castilla” – yəni klubun ikinci komandasında çıxış edəcək.

2016-cı ildən etibarən “Ayaks”ın akademiyasında yetişən mərakeşli futbolçu ötən mövsüm gənclər komandasında 20 matçda iştirak edərək 7 qol vurub və 1 məhsuldar ötürmə verib. Gənc istedad “Real Madrid”in gələcəyə yönəlik layihələrinin bir hissəsi kimi görülür.

Seçilən
93
50
90deqiqe.az

10Mənbələr