AZ

İRAN-FARS REJİMİNİN İÇ ÜZÜ… - Qəvami Sadıqbəyli yazır

Dünyada ayrı-ayrı dillərdə danışan, fərqli mədəniyyətlərə məxsus yüzlərlə etnos, millət yaşayır. Hələ bizim eradan əvvəl qədim zamanlarda yaşayan bu millətlər dini mövqelərinə və həyata  baxışlarına görə müxtəlif sivilizasiyalar (Sivilizasiya- insan cəmiyyətinin inkişaf səviyyəsinin istiqamətləri) yaratmışlar.

Ən qədim tarixdən məlumdur ki, Sümerlər, Akkadlar, Assurlar, Misirlilər,  Hindlilər; Çinlilər, Yəhudilər, Yunanlar, Fars tayfalarının və  Türk etnoslarının minilliklərdən bəri izləri var. Sivilizasiya baxımından bu etnoslar və xalqlar arasında hər zaman rəqabət olmuşdur. Tarixi mənbələrə görə bizim eramızdan əvvəl l Dara Fars İmparatoru olmuşdur. I Dara  dönəmində MÖ (miladdan öncə) 543-333 illərdə bu  imperiya 20 "satrap" (vali ) tərəfindən idarə olumuş, indiki Anadolu ərazilərini işğal altında saxlamışdır.

Farsların bu bölgələrdə hökmranlığına son qoymaq üçün Makedonyalı yunan Aleksandr (İskəndər)  Asya səfərinə çıxmış; MÖ 334 ildə  "İssos" ve "Granikos" savaşları ilə farsları məğlub etmişdir. Bununla da farsların Əhəmilər imperiyası yıxılmışdır.

Tarixin sonrakı mərhələlərində türk tayfaları və onların yaratdıqları Səlcuqlar, Osmanlı və  Səfəvilər imperiyaları  1000 illər boyu  Yaxın Şərq regionunda, şimali Afrikada, eləcə də indiki İran ərazisində hökmran olmuşlar. Lakin sonralar formalaşmış və XVIl əsrdən sonra güçlənmiş Avropa dövlətləri (əsasən, Fransa və İngiltərə) TÜRKLƏRİ bu ərazilərdən sıxışdırmaq üçün yəhudilərdən, ərəblərdən , farslardan və ermənilərdən istifadə etmişlər.

Afrika, Yaxın Şərq ,İran və Cənubi Qafqaza  nəzarət etmək uğrunda  rəqabət bu gün də davam edir. Avropa dövlətlərinin müdaxiləsi ilə 1925-ci ildən sonra indiki İran ərazisində  Türklərin hakimiyyətinə son qoyulmuşdur. 1925-ci ildən sonra  Fars rejimi İranda hökmranlıq etməyə başlamışdır.

1979-cu ildən sonra isə  Fars rejimi libasını ( maskasını ) dəyişərək, "İran İslam Respublikası" adı altında yenidən zühur etmişdir. "İran İalam Respublikası" adı altında fəaliyyət göstərən indiki Fars rejimi Azərbaycan-Türkiyə münasibətlərini pozmaq, Türk Dövlətləri Təşkilatının ( TDT ) inkişafına mane olmaq üçün gizlı və açıq mübarizə aparır. Öz məqsədinə çatmaq  üçün İran-fars rejimi şər-böhtan kampaniyası aparır, hər cür  təxribatlara əl atır.

İran-fars rejimi  PKK-nın buraxılmasını həzm edə bilmir. Özünü buraxmış bu təşkilatın Suriyada yenidən dirçəldilməsinə  çalışır. PKK-nın İran qoluna gizli dəstək verib ayaqda saxlayır. Azərbaycanın İsrail ilə yaxınlığını bəhanə gətirərək, şaiələr yayır, müxtəlif şantajçı addımlar atır; dini zəmində məzhəbçilik nifaqı alovlandırmağa cəhd edir.

Əslində isə  İsrail ilə Azərbaycanın münasibətlərinin  yaxşı  olmasının Türkiyəyə , Azərbaycana və  İrana heç bir zərəri yoxdur. İran özü keşmiş İran-İraq savaşında “sionist” deyib lənətlədiyi İsraildən 3 miyard dollar dəyərində silah almışdı.

Son günlər Azərbaycan Türkiyə və Pakistanın  qardaşlıq və dostluq  bağlarını bərkitməsi Fransa kimi Qərb dövlətləri kimi İran-fars rejiminin də yuxusunu qaçırır. "İran İslam Respublikası"adı altlnda fəaliyyət göstərən Fars rejimi  müsəlman dünyasının ortasına atılmış qorxulu bəladır. "Müsəlman" cildinə girib məzhəb davası aparır , müsəlmanların qanını axıdır.

Qarabağ münaqişəsi zamanı 30 il ərzində  müsəlman Azərbaycana kömək etmədi. Əksinə, Azərbaycana  düşmənçilik edən xristian  Ermənistana  yardım etdi. Pakistan və Hindistan arasında  münaqişə yarananda  İran-fars rejimi müsəlman Pakistanın yox, buddist  Hindistanın tərəfində oldu.

İran-fars rejiminin strateji  məqsədi müsəlmanları  məhv etmək, dünya üzərində farsların hökmranlığına nail olmaqdır.

Qəvami SADIQBƏYLİ

7 İyun 2025-ci il

Seçilən
85
15
hurriyyet.az

10Mənbələr