AZ

Karate federasiyasının Gəncədəki məşqçilərlə görüşü keçirilib

Azərbaycan Karate Federasiyası Gəncə Regional Nümayəndəliyinin məşqçiləri ilə görüş keçirib.

Apasport.az xəbər verir ki, görüşdə regionda karate idman növünün inkişafına dair aktual məsələlər müzakirə olunub.

Görüş çərçivəsində aşağıdakı əsas mövzular ətrafında fikir mübadiləsi aparılıb:

- Karateçilərin vahid mərkəzləşdirilmiş reyestr sistemində qeydiyyatı və idarə olunması;

- Yeni üzvlük vəsiqələrinin (ID kart) tətbiqi və bölgələr üzrə paylanması mexanizmləri;

- Gəncə regionunda keçiriləcək yarışlar, seminarlar və digər layihələrin təqvim planına salınması;

- Kyu-dan dərəcə imtahanlarının təşkili və rəsmi təqvim üzrə planlaşdırılması;

- Region üzrə inkişaf strategiyaları, maddi-texniki baza və idmançı hazırlığı ilə bağlı perspektivlər;

- Gənc və yeni nəsil hakimlərlə regionun təmsil olunması perspektivləri;⁠

- Yerli məşqçilərin təklif və iradlarının dinlənilməsi, mövcud problemlərin müzakirəsi.

Müstəqillik Gününə həsr olunmuş karate seminarı keçirilib

Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib

Karateçilərimiz Gürcüstanda 14 medal qazanıb - FOTO

Rafael Ağayev əməliyyat olundu - FOTO

Cahangir Babayev Avropa Karate Federasiyasının Hakimlər Komitəsinə üzv seçilib

Seçilən
73
25
apasport.az

10Mənbələr