AZ

Almaniyada avtomobil piyadaları vurub: 5 nəfər xəsarət alıb

Almaniyada

Almaniyanın cənubundakı Bavariya əyalətində avtomobilin piyadaları vurması nəticəsində 5 nəfər xəsarət alıb.

Xalqcebhesi.az xəbər verir ki, Almaniyanın Bavariya əyalətinin Passau şəhərində 48 yaşlı sürücünün avtomobili ilə piyadaları vurması nəticəsində 5 nəfərin yaralandığı bildirilib. Qəza zamanı xəsarət alanlar arasında sürücünün həyat yoldaşı və 5 yaşlı qızının da olduğu bildirilib.

Polisin açıqlamasında qeyd edilib ki, nəzarətə alınan sürücü avtomobilini qəsdən piyadaların üzərinə sürmüş ola bilər.

Məryəm Quliyeva

Seçilən
68
49
xalqcebhesi.az

10Mənbələr