Türkiyəli sosial media fenomeni Nihal Candan xəstəxanaya yerləşdirilib.
Paralel.az Axşam.az-a istinadən xəbər verir ki, həbsxanada çəkisi 37 kiloqrama düşən fenomenin vəziyyəti ağırdır. Bu barədə onun bacısı, fenomen Bahar Candan açıqlama yayıb. Nihal reanimasiyaya yerləşdirilib.
Qeyd edək ki, çirkli pulların yuyulmasında təqsirli bilinərək həbs olunan Nihal Candan aclıq aksiyasının ardından azadlığa buraxılıb.