Minatəmizləmə Agentliyi (ANAMA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "SR Audit Solutions" MMC-dir.
ANAMA-nın maliyyə hesabatlarının yoxlanılması üçün qalib şirkətə 14,1 min manat ödəniləcək.
Ötən il bu xidmətləri agentliyə "Baker Tilly Audit Azərbaycan" QSC göstərib. Bunun üçün şirkətə 29,5 min manat ödənilib.