AZ

Rusiyadan ABŞ-yə reaksiya...

Rusiya Xarici İşlər Nazirliyibildirib ki, ABŞ-nin Qəzza zolağında dərhal atəşkəs haqqında BMT Təhlükəsizlik Şurasının (TŞ) layihəsinə veto hüququndan istifadə etməsi qan tökülməsini dayandırmaq üçün əldən verilmiş şansdır.

Departamentin saytında deyilir : "Təxminən 55 min fələstinlinin həyatına son qoyan və 125 min yaralı ilə nəticələnən Qəzzada dəhşətli qan tökülməsi və aclığı dayandırmaq üçün daha bir şans əldən verildi".

Xarici İşlər Nazirliyi qeyd edib ki, “zorakılıq dövriyyəsini qırmaq” yalnız sülh danışıqları, atəşkəs və girovların azad edilməsi yolu ilə mümkündür. Departament həmçinin regionda humanitar vəziyyətin yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

Seçilən
103
50
aznews.az

10Mənbələr