Bakı. Trend:
Çinin “Sinxua” informasiya agentliyi ipəkçilik sahəsindəAzərbaycanla Çin arasında əməkdaşlığın inkişafı ilə bağlı xüsusireportaj hazırlayıb.
Trend xəbər verirki, reportaj Azərbaycanın Qax şəhərində hazırlanıb.
Reportajın başlanğıcında səhər dumanı fonunda baş mühəndis NemətSüleymanlı baramaçılıq stansiyasındakı cavan tut ağacıplantasiyasına baxış keçirir.
“Bu üç hektar ərazidə 2019-cu ildə əkilmiş 30 min Çin tingibitir. Baxın, artıq demək olar çiynimə çatıblar,” – deyə obildirir. – “Altı il ərzində 4,5 milyon ting idxal etmişik. Bu, əsldirçəlişdir.”
Materialda qeyd olunur ki, Azərbaycan vaxtilə SSRİ-də baramaistehsalına görə ikinci yerdə dayanırdı – illik 20 min tona qədərbarama istehsal olunurdu. Yerli ipək Yaponiya, İsveçrə və İtaliyakimi ölkələrə ixrac olunurdu. Lakin Sovet İttifaqı dağıldıqdansonra baramaçılıq yox olmaq təhlükəsi ilə üz-üzə qaldı.
“1986-cı ildə 6000 ton barama istehsal etmişdik, 2015-ci ildəisə cəmi 236 kiloqram,” – Qax seleksiya stansiyasına 40 ilrəhbərlik etmiş Əkrəm Fətəliyev xatırlayır.
Dönüş nöqtəsi 2016-cı ildə baş verdi: Prezident İlham Əliyevbaramaçılığa dövlət dəstəyi ilə bağlı sərəncam imzaladı. Yenitoxumların tətbiqi layihəsinə start verildi və ilk Çin tingləri iləbarama toxumları Tyan-Şanı və Xəzəri keçərək Azərbaycanda yenidənkök salmağa başladı. Bu hadisə "Bir kəmər, bir yol" təşəbbüsüçərçivəsində iki ölkə arasında əməkdaşlığın yeni bir səhifəsioldu.
Sahənin inkişafı məqsədilə 2017-ci ildə “AzərbaycanRespublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair2018–2025-ci illər üçün Dövlət Proqramı” qəbul olundu. Ölkə Çindənfəal şəkildə toxumlar (qrenlər) alaraq onları inkubasiya etməyə vəfermerlərə pulsuz paylamağa başladı ki, barama istehsalı illik 6000tona çatsın, – deyə reportajda bildirilir.
Əsas tərəfdaş kimi "Shandong Guangtong Silkworm Eggs Co., Ltd."şirkəti çıxış edir.
"2018-ci ildə Çin və Azərbaycanın ipəkçiliyə dair əməkdaşlığıyeni mərhələyə qədəm qoydu. Çinin texniki dəstəyi ilə Qaxdakıseleksiya stansiyası yenidən quruldu", - materialda qeydolunur.
Baş mühəndis N. Süleymanlı bildirib ki, hazırda "Qax-1" və"Qax-2" sortları yetişdirilir. Yaxın vaxtlarda kokonlarformalaşacaq və nəticədə yeni bir sort əldə olunacaq. Çindən dahaiki yeni toxum (qren) sortunun gətirilməsi gözlənilir.
Qeyd olunur ki, bu il Azərbaycanın Kənd Təsərrüfatı NazirliyiÇindən yenidən 5000 qutu qren idxal edib və onlara yerli istehsalolan 1000 qutu qren də əlavə olunub. 240 tona yaxın məhsul yığımıproqnozlaşdırılır.