AZ

Alimlər yeni iqlim fenomenini aşkar etdilər: Quraqlıqları iki dəfə gücləndirib

ABŞ-ın Kaliforniya Universiteti və Böyük Britaniyanın Oksford Universitetindən beynəlxalq alimlər qrupu qlobal temperaturun artması nəticəsində Yer atmosferinin xeyli çox nəm udmağa başladığını və bunun son 40 ildə quraqlıqları 40% daha güclü etdiyini müəyyən edib. 

Valyuta.az xəbər verir ki, tədqiqatın nəticələri "Nature" elmi jurnalında dərc olunub.

Mütəxəssislər hesab edirlər ki, quraqlıqları sadəcə yağıntının azlığı ilə izah edən ənənəvi yanaşma artıq kifayət etmir. Əsas rol oynayan amil atmosferin "susuzluğu" - yəni buxarlanma tələbatı (AED) olub. İstiləşmə səbəbindən bu tələbat kəskin şəkildə artıb. İsti hava nəhəng bir süngər kimi torpaqdan, bitkilərdən və su hövzələrindən daha çox nəm çəkir.

Tədqiqatçılar bu təsiri araşdırmaq üçün yüz ildən artıq dövrü əhatə edən iqlim məlumatlarını və mürəkkəb kompüter modellərini təhlil ediblər. Məlum olub ki, atmosferin nəmi udma qabiliyyəti dünyanın əksər bölgələrində yağıntı miqdarından daha sürətlə artır. Bu tendensiya xüsusilə tropik və artıq quraqlıq olan ərazilərdə özünü kəskin göstərir.

Bu dəyişikliklərin təsiri artıq dünyanın bir çox yerlərində hiss olunur: meşə yanğınlarının sayı artır, kənd təsərrüfatı məhsuldarlığı azalır, su resursları tükənir.

Tədqiqatın həmmüəllifi Kris Fank qeyd edir ki, temperaturun az da olsa yüksəlməsi atmosferin "susuzluğunu" əhəmiyyətli dərəcədə artırır və bu, ekosistemlər və kənd təsərrüfatı üçün xüsusilə təhlükəlidir.

Paşa Məmmədli
 

Seçilən
141
50
valyuta.az

10Mənbələr