Luka Modriç karyerasını İtaliyada davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, “Real”dan ayrılan futbolçuya dünyanın bir çox klubunda maraq var.
Fabritsio Romanonun xəbərinə görə, bu klublardan biri də “Milan”dı. Məşhur insayder İtaliya nəhənginin Modriçlə danışıq apardığını bildirib.
Sentyabrda 40 yaşı tamam olacaq xorvatiyalı yarımmüdafiəçi hələlik klub seçməyə tələsmir.
Modriç “Real”da 2012-ci ildən oynayırdı. O, bu klubla 28 kubok qazanıb. Luka komandanın heyətində iştirak etdiyi 590 matçda 43 qol vurub və 95 məhsuldar ötürmə edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta