Bakı, 4 iyun, AZƏRTAC
Cənub Qaz Dəhlizi Xəzər dənizində hasil edilən qazı Avropa bazarlarına çatdırırıq. Həqiqətən, son 5 ildə Avropanın enerji təchizatnın təhlüksəziliyinə böyük töhfə vermişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri TAP-ın icraçı direktoru Luka Şippati Bakı Enerji Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropaya 47 milyard kubmetrdən çox qaz ixrac olunub ki, bunun da 39 milyard kubmetri İtaliyaya nəql edilib.
“Nominal ötürücülük qabiliyyətini keçmişik. Biz etibarlı, davamlı mənbəyə - Azərbaycana arxalanmışıq. Azərbaycan Avropaya sübut edib ki, o davamlı və etibarlı təchizatçıdır. Biz istənilən riskləri real vaxt ərzində süni intellekt və dron kimi texnologiyalarla idarə edə bilirik. Bütün bu texnologiyalar gündəlik boru kəmərinin etibarlılığını təmin edir”, - deyə o nəzərə çatdırıb.