AZ

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurublar

Bakı. Trend:

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklərarasında Avropa Kuboku başa çatıb.

Trend xəbər verir ki, yarışınsonuncu – ikinci günündə milli komandamızın 3 üzvü fəxri kürsüyəyüksəlib.

48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalibgələrək qızıl medal qazanıb. Cüdoçumuz finalda polşalı NatalyaStoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçimiz Leyla Əliyevaisə bürünc medala sahib çıxıb.

52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üçgörüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finaldaBuketnur Karabulutu (Türkiyə) üstələyib.

Yarışın ilk günündə isə Günel Həsənli (70 kq) bürünc medallayadda qalmışdı.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürüncmedal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci,ümumi komanda hesabında isə 5-ci yeri tutub.

Seçilən
320
40
az.trend.az

10Mənbələr