AZ

İran MAQATE-ni sərt tənqid edib

BAKI, 1 iyun. TELEQRAF

İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) son hesabatını “siyasi” və “uydurma məlumatlara” əsaslanan hesabat adlandırıb .

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Nazir müavini bildirib ki, hesabatda İranın Agentliklə geniş əməkdaşlığını vurğulamaq əvəzinə, iyirmi ildən çox əvvələ aid olan iddialara - hazırda bağlanmış məsələlərə diqqət yetirilib.

Qəribabadinin sözlərinə görə, MAQATE İranın hazırkı nüvə fəaliyyətindən kənar işlərin olmasına dair heç bir dəlil olmadığını etiraf edib. Lakin siyasi rıçaq axtaran bəzi ölkələrin təzyiqi ilə Agentlik keçmiş bəyanatları canlandırmaq qərarına gəlib.

O, həmçinin MAQATE-ni İranın geniş əməkdaşlığına və hərtərəfli təftişlərinə məhəl qoymamasını tənqid edərək, deyib ki, İranın bütün nüvə fəaliyyətləri dinc xarakter daşıyır və tam beynəlxalq nəzarət altındadır.

Xatırladaq ki, MAQATE İranın zənginləşdirilmiş uran ehtiyatını silah səviyyəsinə yaxın artırdığı barədə hesabat dərc edib.

MAQATE-nin hesabatına əsasən, mayın 17-nə olan məlumata görə, İran 60%-ə qədər zənginləşdirilmiş 408,6 kiloqram uran toplayıb. Bu, fevralda dərc edilmiş əvvəlki hesabatından 133,8 kiloqram və ya demək olar ki, 50% çoxdur.

Seçilən
73
23
teleqraf.com

3Mənbələr