AZ

Paşinyan və kilsə qarşıdurması açıq müstəvidə



Ermənistanda 2026-ci il parlament seçkiləri yaxınlaşdıqca Ermənistan Apostol Kilsəi və müxalifət birləşərək N. Paşinyana qarşı yeni güc ortaya qoyur. Erməni Apostol Kilsəsinin Baş Keşişi ikici Qaregin N. Paşinyana qarşı vahid müxalifətin mərkəzini və ideoloji- siyasi platforma yaradır. N. Paşinyan inqilabla hakimiyyətə gələndən bəri Kilsə ilə ulduzları barışmır. Tərəflər arasında qarşılıqlı iddihamlar artıq bir-birlərini yıxmaq prosesinə daxil olub.

Ötən il Kilsə Baqrata önə verərək, etiraz aksiyalarına nail olmağa çalışdı. Amma, xalq kilsənin siyasətə qarışmasına dəstək vermədi. Bundan sonra da xalq Kilsəyə dəstək verməyəcək. N. Paşinyan Kilsə üzərində qələbə əldə edə bilər.

Göründüyü kimi, Kilsə siyasətə qarışaraq birbaşa N. Paşinyanın devrilməsi üçün əməli fəaliyyətə keçib. Artıq hökumət və Erməni Apostol Kilsəsi arasında "müharibə " yeni mərhələyə keçib. Artıq N.Paşinyan Erməni kilsəsini və keşişləri əxlaqsız adlandırıb.
Həmçinin Baş keşişin seçilməsində Ermənistan hökumətinin rolunu gündəmə gətirib. N. Paşinyan hakimiyyətə gəldikdən onun qarşısında iki güclü müxalifət var idi. Birinci, ordu idi. Ordu onu çevrilişə cəhd etdi. Amma, məğlub oldu. İkici, Eçmiədzin mərkəzli Erməni Apostol Kilsəsidir. Ermənistanın baş keşiş ikinci Qaregin təlimatları Moskvadan alır və R. Koçaryan-S. Sarkisyan tandemi ilə birgə hərəkət edir. Bu təhlükəni N. Paşinyan görür və ona görə də Kilsəyə qarşı kəskin hücumlara keçib.

Qeyd edim ki, Erməni Apostol Kilsəsi ermənilərin ideoloji birliyinin mərkəzi olub. Ermənilər daima kilsəyə inam bəsləyib. İndi, N. Paşinyan keşişləri nadürüst və əxlaqsız adlandırır. Bu, erməni cəmiyyəti üçün noensdir.

Göründüyü kimi, N. Paşinyan Erməni cəmiyyətini kilsənin zərərli ideologiyasından təmizləyir. Təbii ki, o, bunu öz hakimiyyətinə təhdid olduğu üçün edir. Daima ermənilər üçün dürüst və əxlaq mərkəzi olan Erməni Apostol Kilsəsini və keşişləri N. Paşinyan əxlaqsızlıqda günahlandırır. N. Paşinyana qarşı kilsə seyrçi qalmayacaq. Hətta Kilsə Paşinyana qarşı suiqəsdə əl ata bilər.

Məhəmməd Əsədullazadə, siyasi ekspert
Seçilən
0
50
newscenter.az

10Mənbələr