AZ

PSJ-dən erkən qollar - Yenilənir

Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, həlledici oyunda İtaliya “İnter”i ilə Fransa PSJ-si üz-üzə gələcək.

Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Çempionlar Liqası
Final
31 may

23:00. “İnter” (İtaliya) - PSJ (Fransa)

Hakim: İştvan Kovaç

Almaniya. “Allianz Arena”

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real” klubu olub.

***

Matç başladı.

***

12-ci dəqiqədə PSJ Hakiminin vurduğu qolla hesabı açdı.

***

Doue 20-ci dəqiqədə hesabı 2:0 edir.

Seçilən
76
50
qafqazinfo.az

10Mənbələr