AZ

Azərbaycanla İran Araz çayının su ehtiyatlarına dair iclas keçirib

Operativ MM saytına istinadən ain.az xəbər verir.

Bakıda Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə Araz çayının su və enerji ehtiyatlarının istismarı üzrə Daimi Birgə Komissiyanın 54-cü iclası keçirilib.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Məlumata görə, görüşdə tərəflər əvvəlki sənədlərin müddəalarını, sərhəd və birgə bəndlərdəki ehtiyatların həcmini və cari ildə sərhədin hər iki tərəfinin suya olan tələbatını əsas gətirərək Araz çayının su ehtiyatlarının optimal istismarı üçün lazımi plan və sazişlər aparıblar.

Qeyd edilib ki, iclasda qəbul edilən qərarlar iki ölkənin icra gündəliyinə daxil ediləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
68
11
operativmm.az

4Mənbələr