AZ

Goranboyda 45 yaşlı kişi minaya düşdü

Kəlbəcər sakini Goranboyda minaya düşüb.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndinin yaxınlığında Baranbat meşəsi ərazisində baş verib.

Belə ki, Kəlbəcər rayonun Cəmilli kənd sakini 1980-ci il təvəllüdlü Q.Abbasov mina partlaması nəticəsində xəsarət alıb. 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, Q.Abbasov meşə ərazisində mal-qara otaran zaman minaya düşüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
3
29
avtosfer.az

10Mənbələr