AZ

İtaliya klubu baş məşqçisi ilə yollarını ayırdığını açıqlayıb

Bakı, 30 may, AZƏRTAC

İtaliyanın "Fiorentina" komandası baş məşqçisi Raffaele Palladino ilə yollarını ayırdığını açıqlayıb.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Raffaele Palladino ötən ildən "bənövşəyilər"ə rəhbərlik edirdi. "Fiorentina" onun rəhbərliyi altında A Seriyasını altıncı pillədə başa vurub.

Seçilən
7
20
azertag.az

10Mənbələr